8 sentyabr 2014 00:50
Elvin Yunuszadə: Qələbə qazanmağa borcluyuq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elvin Yunuszadə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bolqarlara qarşı evdə oynayacağıq. Bu, bizim üçün bir üstünlükdü. Üstəlik, məsuliyyət də çox yüksəkdi. Qələbə qazanmağa borcluyuq".
