8 sentyabr 2014 13:00

Berti Foqts: Heyəti 90 faiz müəyyənləşdirmişəm

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

- Hazırlıqdan razıyam. Futbolçularla danışmışam. Onlar başa düşürlər ki, Rusiya ilə oyunda buraxılan səhvləri bir daha buraxmaq olmaz. 100 faiz bu oyuna konsentrasiya olmuşuq. Komanda qələbə qazanmağa qadirdi. Bacardığımızı tam olaraq göstərməliyik. Bilirik ki, komandamız gənclərdən qurulub. Şadam ki, onları yoxlama oyunlarında sınaqdan keçirmək, səhvlərimizi görmək imkanımız oldu. Bu oyunu tam səhvsiz keçirməyə hazır olmalıyıq.

- Sabah sizi ancaq qələbə qane edəcək?
- Artıq bir neçə ildi buradayam və heç vaxt komandamı heç-heçəyə hazırlamamışam. Ancaq qələbə haqda düşünürük.

- Rusiya ilə oyundan sonra azərbaycanlı mütəxəssislər sizi çox tənqid etdilər. Xüsusilə də Şahin Diniyev. O, belə hesab edir ki, Rusiya ilə oyunda Bolqarıstana qarşı oynayacaq futbolçular meydana çıxmalı idi...
- Bu suala cavab vermək istəmirəm. O, təcrübəli mütəxəssisdi. Həmkarlarım haqda mətbuatda danışmağı xoşlamıram. O, güclü məşqçidi və yəqin ki, nə demək istədiyini yaxşı bilir.

- Sabah da eksperimentlər olacaq?
- Səhv etmirəmsə, sabah biz seçmə mərhələ oyununa çıxacağıq. Bu üzdən təbii ki, eksperimentlərə əl atmaq haqda düşünməyə vaxtımız olmayacaq.

- Axı siz eksperimentləri sevirsiz. Məsələn, Rusiya ilə oyunda Maksim Medvedevi dayaq yarımmüdafiəçisi oynadırdız...
- Oyunçu olmayanda, situasiyaya uyğun addımlar atmalı oluruq. Bu, normaldı.

- Tərlan Quliyevin U-21-dən əsas yığmaya çağırılması sizin Rusiya ilə oyunda bəzi futbolçulardan narazı qalmağınıza işarədi?
- Tərlan gənc və maraqlı futbolçudu. O, müdafiənin bir neçə mövqeyində çıxış edə bilər. Rusiya ilə oyunda çox kobud səhvlər buraxdıq. Bu da mənim həmin səhvlərə bir reaksiyam hesab oluna bilər.

- Azərbaycanı bu seçmə mərhələyə daha hazırlıqlı saymaq olar?
- İnkişaf hiss olunur. Ev oyunu ilə başlayırıq. Ötən tsikl evdə evdə İsrailə qalib gələ bilmədik. Bu dəfə fərqli başlamalıyıq.

- Əsas heyətin əksər üzvləri məlumdu. Müdafiənin sol cinahında kim oynayacaq?
- Sizin kimi, mən də hələ bilmirəm. Məni hazırda üç sual düşündürür. Heyəti demək olar ki, 90 faiz müəyyənləşdirmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.