8 sentyabr 2014 23:30

Penev: Azərbaycanın 3-cü olmaq şansı var

Futbol üzrə Boqlarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:

- Bu, seçmə mərhələdə ilk oyunumuzdu. Buna görə nəsə demək çətindi. Seçmə mərhələdə üç komanda qrupdan çıxa bildiyinə görə əzmkar mübarizə gedəcək. Azərbaycanın son 5-6 oyununa baxmışam. Rusiya ilə oyun haqda heç nə demək istəmirəm. Oyunçularıma həmin oyun haqda fikirlərimi bildirmişəm. Sizin yaxşı komandanız var.

- AZAL-da çıxış edən Tomi Kostadinov vaxtı ilə sizin rəhbərliyiniz altda "Liteks"də çıxış edib. Ondan hansısa məlumat eldə etmisiz?
- Xeyr. Onunla bu barədə söhbətimiz olmayıb.

- Azərbaycan millisinin zəif cəhətləri hansılardı?
- Çox oyun izləmişəm. Nə güclü, nə də zəif cəhətlərini açıqlamaq istəmirəm. Qrupda gərgin mübarizə gedəcəyini bilirəm.

- Xorvatiya və İtaliyadan sonra Azərbaycanın üçüncü pilləni tutmaq şansı var?
- Bu, mümkündü. Onu da nəzərə almaq lazımdır ki, biz də eyni məqsəd üçün çalışacağıq.

- Hər kəs birinci və ikinci yerdə İtaliya və Xorvatiya millilərini görür. Siz də üçüncü pillə uğrunda çalışacaqsız?
- İtaliya və Xorvatiya kağız üzərində favoritdi. Hər şey necə oynamaqdan asılıdı. Biz sabah dünyanın 73-cü komandası ilə qarşılaşacağıq.
 
- Futbolçularınız açıqlamalarında Azərbaycan millisinə yuxardan aşağı baxır. Siz də eyni fikirdəsiz?
- Azərbaycan ev oyunu keçirdiyinə görə favorit sayılır. Biz də səfərdə yaxşı oynayan komandayıq.

- Bakıya hansı problemlərlə gəlmisiz?
- Emil Qarqarov sabahkı oyunda iştirak etməyəcək. Siz də bizim Bakıya hansı heyətlə gəldiyimizi bilirsiz. Kapitan İvelin Popov da zədələnib. İvan İvanov və Peter Zanev də zədə səbəbindən Bakıya gəlməyib.

- Məğlubiyyəti ağlınızdan keçirirsiz?
- Futbolda üç nəticə olur. Qələbə, məğlubiyyət və heç-heçə. Amma baxır necə məğlub olmaq. Məğlubiyyəti qəbul etmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.