8 sentyabr 2014 11:10
Qarabağın müdafiəçisi sensasiyada pay sahibi oldu
Ötən gecə AÇ-2016-nın seçmə mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, gecənin ən böyük sensasiyası Portuqaliyada yaşandı.
Kristiano Ronaldonun həmyerliləri doğma meydanda Albaniyaya 0:1 hesabıyla uduzdular. Bu görüşdə "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də iştirak edib. O, 90 dəqiqə meydanda olub.
