8 sentyabr 2014 19:30
"Əksər futbolçularımız üçün bu oyun U-12-dəki son matç olacaq"
Azərbaycanın U-21 yığmasının hücumçusu Məhəmməd Qurbanov AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirəcəkləri son oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Portuqaliya çox güclüdü. Onlar hələ də xal itirməyiblər. Həm də səfərdə oynayacağıq. Çalışacağıq ki, layiqli oyun sərgiləyək. Əksər futbolçularımız üçün bu oyun U-12-dəki son matç olacaq. Çünki növbəti tsikldə yaşları bu komandada oynamağa imkan verməyəcək. Ona görə də U-21-lə bağlı xoş xatirələrimizin qalmasına çalışacağıq. Futbolda hər şey mümkündü. Qələbə də qazana bilərik. Buna nail olsaq, seçmə mərhələni 3-cü yerdə bitirəcəyik".
