8 sentyabr 2014 18:40
Bolqarıstan millisi Bakıya gəldi
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla qarşılaşacaq Bolqarıstan yığması bu gün ölkəmizə təşrif buyurub. Azerisport.az xəbər verir ki, qonaq komanda aeroportdan birbaşa məskunlaşacağı otelə yollanıb.
Lakin viza sənədlərindəki problemlə əlaqədar nümayəndə heyətinin bəzi üzvləri bir saata yaxın aeroportda qalmalı olub.
