Bolqarıstanlı futbolçu azərbaycanlı azarkeşləri ermənilərlə müqayisə etdi
Bolqarıstan yığmasının müdafiəçisi Nikolay Badurov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Kapitan? Fikrimcə, kapitan sarğısını komanda yoldaşlarımın hər biri daşıya bilər. Əminəm ki, hər bir oyunçu üçün bu, xüsusi önəm kəsb edir. Amma hazırda komandanı meydana kimin çıxaracağından daha çox, Bakıdan hansı nəticə ilə qayıdacağımz önəmlidi. Ümid edirəm ki, qələbə ilə qayıdarıq".
"Azərbaycanlıların necə oynadığını bilirik. Onların xüsusi oyun üslubları yoxdu. Daha çox aqressiv oyuna üstünlük verirlər. Tam olaraq oyuna köklənə bilsək, Bakılı azarkeşlər bizi narahat etməyəcəklər. Təxmin edirəm ki, azərbaycanlı azarkeşlər temperamentcə ermənilərə oxşardılar".
"Son oyunlarda daha yaxşı çıxış etməyə başlamışıq. Məğlubiyyət və heç-heçələr bəsdi, artıq qələbə qazanmaq vaxtıdı. İvelin Popovun adını hər gün eşidirəm. Biz daim ona yazırıq. Ümid edirəm ki, zədəsini tez sağaldacaq və bu zədə onun əvvəlki formasına təsir göstərməyəcək".
