8 sentyabr 2014 18:30
Azərbaycan Bolqarıstana qalib gəldi, ikinci oldu
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan futbolçularımız qələbə qazanıblar.
Azərbaycan - Bolqarıstan - 3:2 (0:2, 1:0, 2:0)
Xatırladaq ki, yığmamız ilk oyuununda Çexiyaya qalib gəlmiş (4:1), İspaniyaya uduzmuşdu (5:3).
Turnir cədvəli: İspaniya - 6 xal (top fərqi +9), Azərbaycan - 6 (+2), Çexiya - 3 (-2), Bolqarıstan - 0 (-9).
