8 sentyabr 2014 16:50

Nikolov: Azərbaycan himnini fitə basmayın!

Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası evdə Bolqarıstanı qəbul edəcək. Azerisport.az xəbər verir ki, Bakı "İnter"inin bolqarıstanlı prezidenti Georgi Nikolov da bu oyunla bağlı fikirlərini açıqlayıb.
 
Ölkəsinin mətbuatına danışan klub rəhbəri öz yığmasına azarkeşlik edəcəyini deyib: "Bolqarıstan bayrağı götürüb, stadiona gedəcəm və oyununun son dəqiqəsinə kimi, komandamızı dəstəkləyəcəm. Oyundan əvvəl zarafat etmək normaldı, amma qan sudan daha qatıdı. İndi Bolqarıstanı dəstəkləyəcəm. Amma İtaliya, Norveç və Xorvatiyaya qarşı oyunda Azərbaycanın tərəfini tutacam. Onların xallar toplaması bizə də kömək edəcək".
 
O, komandamızdakı çatışmazlıqları da qeyd edib: "Berti Foqtsun məqsədi intizamlı oyundu. Xüsusilə də, müdafiə planında. O, keçmiş böyük çempiondu. Məncə, Azərbaycanın zəif yeri hücumudu. Əgər bəzi xüsusi oyunçularını tanımaq istəyirsizsə, 3 nəfəri qeyd edərdim. Bilmirəm hansı oynayacaq, amma onlar mənim diqqətimi cəlb edir. Hücumçu Rauf Əliyev, qapıçı Kamran Ağayev. Son vaxtlar yaxşı formada olmasa da, Ruslan Abışov belə önəmli matçlarda özünü göstərə bilir. O, həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi oynaya bilir".
 
Nikolov millimizin nə qədər mükafat alacağından da danışıb: "Siz məğlub ola bilərsiz, lakin yaxşı oynasaz, mükafatlandırılarsız. Azərbaycan yığması bir neçə il əvvəl uduzsa da, hər futbolçu 5000 avro mükafat aldı. İndi isə nə qədər mükafatın ayrılması ilə bağlı məlumatım yoxdu. Amma Bolqarıstan yığmasına qalib gəlsələr, təxminən, hərəyə 10000 avro mükafat alacaqlar".
 
Klub rəsmisi bolqarıstanlı azarkeşlərə öz məsləhətlərini də çatdırıb: "Düşünmürəm ki, Azərbaycandakı azarkeşlər Bolqarıstandakından daha fanatikdilər. Orada arzuolunmaz məqam da var. Əgər oyun yaxşı getməsə, nəticə pis olsa, 60-cı dəqiqəyə kimi stadion boşala bilər. 1-2 qol vursaq, fanatik azarkeş problemini həll edəcəyik. Hazırda Azərbaycan tərəfdə gərginlik var. Çünki Bolqarıstan onlar üçün yeni rəqibdi. Onlar bizim üçün orta səviyyəli ciddi rəqibdi. Bu bizim üçün yaxşı imkandı. Gəlin onları qıcıqlandırmayaq. Bolqarıstanlı azarkeşlərdən xahişim odu ki, Azərbaycan himnini fitə basmasınlar. Oradakı insanlar çox qürurludurlar və belə hərəkətləri çox pis qəbul edirlər. Digər tərəfdən baxsaq, onlar xeyirxah və qonaqpərvər insanlardı. Bolqarları pis qarşılamayacaqlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.