8 sentyabr 2014 16:30
Georgi Nikolov: Bolqarlar Azərbaycana 1:0 hesabıyla qalib gələcəklər
"İnter"in bolqarıstanlı prezidenti Georgi Nikolov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, Azərbaycan və Bolqarıstan yığmaları eyni qrupda yer alıb. Ümid edirəm ki, Bolqarıstan bu seçmə mərhələdə 1-ci, Azərbaycan 2-ci olacaq. Ustalıq səviyyəsinə görə Bolqarıstan yığması Azərbaycandan bir addım öndədi. Sabahkı oyunda şanslar bərabərdi. Mən proqnoz verməkdə o qədər də güclü deyiləm. Amma risk edib Bolqarıstanın 1:0 hesabıyla qalib gələcəyini deyirəm. Qol ikinci hissədə vurulacaq. Sabah qollu heç-heçə qeydə alınması daha yaxşı olardı. Amma bu nəticə heç bir komandanı qane etməyəcək".
