Azərbaycan Bolqarıstanla oyuna hansı heyətlə çıxacaq
Futbol üzrə Azərbaycan yığması sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts hələ heyəti tam müəyyənləşdirməyib.
Almaniyalı mütəxəssisi hazırda iki mövqe ilə bağlı sual düşündürür. Bunlardan biri sol cinah müdafiəçisi, digəri isə sağ cinah yarımmüdafiəçisidi.
Müdafiənin solunda Ufuk Budak və Tərlan Quliyev oynaya bilər. Foqts eyni zamanda yarımmüdafiənin sağında Araz Abdullayevi və ya Vüqar Nadirovu oynatmaq haqda düşünür.
İlk dəqiqələrdən meydana çıxacaq digər futbolçular isə aşağıdakılar olacaq: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Mahir Şükürov, Ufuk Budak, Ruslan Abışov, Qara Qarayev, Vaqif Cavadov, Araz Abdullayev, Rüfət Dadaşov, Rauf Əliyev.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
