8 sentyabr 2014 14:30
Bolqarlar Bakıya 4 itki ilə gəldilər
Futbol üzrə Bolqarıstan yığması Bakıya gəlir. Azerisport.az xəbər verir ki, Lyuboslav Penevin komandası ölkəmizə itkilərlə təşrif buyurub.
Belə ki, qonaqların heyətində 4 itki var. Bunlar qapıçı Vladislav Stoyanov, yarımmüdafiəçi Emil Qriqorovdu. Digər iki futbolçunun adı isə gizli saxlanılır.
Qeyd edək ki, bolqarların heyətində daha öncə İvelin Popov, İvan İvanov, Yordan Minev və Petar Zanev zədələnərək sıradan çıxmışdı.
