8 sentyabr 2014 13:50
Mircavadov: Bolqarıstanı məğlub etməliyik
Məşqçi Ağasəlim Mircavadov AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Bolqarıstan görüşü barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundan çox şey asılıdı. Üstəlik, cari mövsüm millimizdən daha uğurlu mövsüm gözlənilir. Foqts özü də deyib ki, qrupda 3-cü yer uğrunda mübarizə aparacaq. Futbolçularımız üçün istənilən şərait yaradılıb. İndi sadəcə nəticə qazanmaq lazımdı. Doğrudan AÇ-2016-ya düşmək istəyiriksə, Bolqarıstanı evdə məğlub etmək lazımdı. Rəqib yaxşı heyətə malikdi. İtikilər olsa belə, bolqarlarla oyun asan olmayacaq. Ona görə mütləq öz oyunumuzu göstərməliyik və 3 xala sahib çıxmalıyıq. Bu oyundan sonra gələcək matçlar haqda nəsə söyləmək mümkün olacaq".
