Yordan Leçkov: Bakıda xal itirməmək çox vacibdi
Bolqarıstan Futbol Federasiyasının vitse-prezidenti Yordan Leçko AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Fikrimcə, yığmamız seçmə mərhələyə qələbə ilə başlamağa borcludu. Aydın məsələdi ki, Bakıda asan oyun olmayacaq. Amma hazırda nəinki Azərbaycanla, daha güclü komandalara qarşı layiqli mübarizə aparacaq yığmamızın olduğunu düşünürəm".
Leçkov bəzi aparıcı futbolçuların zədə səbəbindən olmamasında problem görmür: "Əlbəttə, zədəlilərin heyətdən kənarda qalması oyunumuza müəyyən təsirini göstərə bilər. Amma heyətdə kifayət qədər səviyyəli futbolçularımız var. Bir neçə futbolçunun yoxluğu bizə problem yaratmamalıdı".
"Bolqarıstan yığması AÇ-2016-ya çıxmaq üçün mübarizə apara bilər. Komandamız İtaliya və Xorvatiya ilə bərabər mübarizə aparmağa qadirdi. Amma hazırda tam olaraq Azərbaycanla oyuna köklənməyimiz lazımdı. İlk oyunda xal itirməmək çox vacibdi".
