8 sentyabr 2014 12:30
"Ümid edirəm ki, Bakıda qazonun vəziyyəti də yaxşı olacaq"
Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyuna tam hazırıq. Xal qazanmağa borcluyuq. Azərbaycan kifayət qədər güclüdü. buna görə bizə arxayınlaşmaq olmaz. Düzdü, heyətimizdə itkilər var. Amma biz bir komanda olduğumuzu göstərməliyik. Ümid edirəm ki, Bakıda qazonun vəziyyəti də yaxşı olacaq. Çünki bizim texnikalı komandamız üçün bu, vacibdi".
