7 sentyabr 2014 00:55
Nikolay Badurov da iddialı danışdı
Futbol üzrə Bolqarıstan yığmasının müdafiəçisi Nikolay Badurov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sentyabrın 9-da keçiriləcək qarşılaşma ərəfəsində bunları söyləyib:
"Ümid edirəm ki, yeni tsiklə qələbə ilə başlayacağıq. Azərbaycanlıları məğlub etməyə borcluyuq. Ola bilər ki, Bolqarıstan dünya nəhənglərindən hesab olunmur. Amma Bakıda qələbə şansını buraxmalı deyilk. Zədəli oyunçularımızın da tezliklə sağalacağına ümidliyəm. Allahın köməyilə, Bakıdan 3 xalla qayıdacağıq".
