7 sentyabr 2014 00:35

Stanislav Manolyev: Bakıda qələbə qazanmaq üçün xarakter göstərməyimiz lazımdı

Futbol üzrə Bolqarıstan yığmasının müdafiəçisi Stanislav Manolyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sentyabrın 9-da keçiriləcək qarşılaşma ərəfəsində öncə bunları söyləyib:

"Çox ümidliyəm ki, bizim daha yaxşı oyunlarımız hələ qarşıdadı. Qol vurmağıma çox sevinəcəm. Amma əsas yüksək səviyyədə oynamaqdı".

"Baş məşqçinin Azərbaycanla oyunda məni hansı mövqedə oynatması önəm kəsb etmir. Bizim çox yaxşı oyunçularımız var və hər kəs qol vura bilər. Çox iddialıyam və mümkün qədər artıq xal toplamağımızı istəyirəm. Hədəfimiz şəxsi maraqlardan daha üstündü. Bizim üçün böyük sevinc Fransaya yollanmaq olacaq".

"Fikrimcə, biz indi daha güclü olmuşuq. Yığmada iki il öncə çıxış edən futbolçular hələ də qalmaqdadı. Bu üzdən bir-birimizi çox yaxşı başa düşürük. Amma özümüzü aldatmamalıyıq. Qrupdakı rəqiblərimiz çox güclüdülər. Hər şey özümüzdən asılıdı".

Manolyev qrup ikincisi olacaqlarına inamını ifadə edib: "İtaliya və Xorvatiya güclü heyətə malikdi. Onlara qarşı oynamaq çətin olacaq. Norveçin İngiltərə ilə oyununa baxdım. Norveçlilərlə oyuna da ciddi yanaşmağımız lazımdı. Bolqarıstan futbol tarixində yeni uğura imza atmaq istəyirik".

Bolqar futbolçunun sözlərinə görə, onları Bakıda da çətin oyun gözləyir: "Azərbaycan yığmasının bir neçə oyununun videoyazısına baxmışam. Onların çox çılğın azarkeşləri var. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin oyun olacağına əminəm. Bakıda qələbə qazanmaq üçün xarakter göstərmək lazım gələcək. Bilirəm ki, bir neçə gün öncə Qranat, İonov və Kokorin Azərbaycan ilə yoxlama oyununda çıxış edib. Fikrimcə, biz də Rusiyadan zəif deyilik və Azərbaycan yığmasına qalib gələcəyimizə əminəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.