7 sentyabr 2014 12:00
Yığmamızın rəqibi ciddi itki ilə üzləşdi
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan İtaliya yığması ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, italyanların aparıcı müdafiəçi Corco Kyellini sentyabrın 5-də keçirilmiş Hollandiya ilə yoxlama oyununda ağır zədə alıb.
Bu üzdən də seçmə mərhələnin startında qarşılaşacaqları Norveçlə oyunda İtaliya yığması Kyellinisiz oynamalı olacaq.
Lakin baş məşqçi Antonio Kontenin başqa problemləri də var. Andrea Barzaqli və Andrea Pirlonun da sağlıq durumunda problem var. Klaudio Markizio və Mario Balotelli isə diskvalifikasiyalıdı.
