7 sentyabr 2014 00:45
Azərbaycanlı futbolçu La Liqa klubunda
Azərbaycanlı yarımmüdafiəçi Eddi İsrafilov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, yeni mövsümdən La Liqada çıxış edəcək.
Belə ki, anası azərbaycanlı olan ispan oyunçu La Liqa təmsilçilərindən "Qranada" ilə anlaşıb. "Real Mursiya"ya məxsus futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Eddinin "Qranada"kı çıxışı uğurlu alınsa, onunla mövsümün sonunda 5 illik müqavilə imzalanması ilə bağlı razılıq əldə olunub.
