7 sentyabr 2014 00:25
Paraqvaylı oyunçu İnterə döndü
Məlum olduğu kimi, "İnter"in hücumçusu Sezar Meza Kolli uzun müddətdi ki, zədədən əziyyət çəkir. Azerisport.az xəbər verir ki, mart ayında ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirilən cavab oyununda ağır zədə alan paraqvaylı oyunçu artıq Bakıya qayıdıb.
Cümə günü əvəzedicilərlə oyun zamanı Sezar Meza Kolli meydanın kənarında fərdi qaydada məşq edib.
Qeyd edək ki, yaxın zamanda Sezar Meza Kollinin adı komandasının PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq. (klub saytı)
