7 sentyabr 2014 00:15
İnter yoxlama oyununda da Sumqayıtdan güclü oldu
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" və "Sumqayıt" yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, "Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutmuş oyunda "bankirlər" 1:0 hesabıyla üstün olublar.
Oyunda vurulmuş yeganə qolun müəllifi Asif Məmmədov olub.
Xatırladaq ki, "İnter" Premyer Liqada da "Sumqayıt"a qalib gəlmişdi - 6:1.
Qeyd edək ki, ayın 12-də "İnter" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Araz Naxçıvan" komandasıyla qarşılaşacaq. "Sumqayıt" isə "Bakı"nın qonağı olacaq.
