7 sentyabr 2014 11:00
Türkiyədə Azərbaycan derbisi sülhlə başa çatdı
Ötən gün Türkiyədə çıxış edən Azərbaycan millisinin sabiq futbolçuları yoxlama matçında qarşı-qarşıya gəlib. Azerisport.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" evdə Branimir Subaşiçin komandası "Manisaspor"la gücünü sınayıb.
Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Məlikov oyunun 46, Subaşiç isə 63-cü dəqiqəsinə kimi mübarizə aparıb.
Qeyd edək ki, hər iki komanda Türkiyə çempionatının birinci divizonu olan PTT 1-ci Liqada mübarizə aparır.
