7 sentyabr 2014 00:05
Bolqarıstan millisi Bakıda dəstəksiz qalmayacaq
Sentyabrın 9-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Bolqarıstan yığması "Bakcell Arena"da keçiriləcək görüşdə dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, bu oyunda komandalarını izləmək üçün Sofiyadan Azərbaycan paytaxtına bir qrup azarkeşin gəlməsi gözlənilir.
Eyni zamanda ölkəmizdə yaşayan bolqarların da yığmalarını yalnız buraxmayacağı bildirilir. Bolqarıstan mətbuatının yazdığına görə, bütövlükdə, qonaq komandanı təxminən 100 azarkeş dəstəkləyəcək.
