7 sentyabr 2014 20:40
Azərbaycan İspaniyaya məğlub oldu
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız bu dəfə İspaniya ilə qarşılaşıb.
İspaniya - Azərbaycan - 5:3 (2:0, 2:3, 1:0)
Allahquliyev, 13 (2:1), 16 (2:2), Nəzərov, 23 (4:3).
Əbdül Əliyev, Sabir Allahquliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Əli Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Amid Nəzərov, Renat Sultanov.
Xatırladaq ki, ilk oyunda Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanmışdılar.
