Dodonun dublu Qəbələyə qələbə qazandırdı
Premyer Liqanın 5-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, dünən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib.
Əsas komandaya qələbə qazandıran qolları braziliyalı futbolçular - Dodo (2) və Markinyos vurub.
Bu oyundan sonra bir günlük istirahət verilən komanda hazırlıqlarını sabah davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlərdə iştirak edəcək.
Xatırladaq ki, sentyabrın 13-də “Qəbələ”nin əsas komandası Zaqatalada “Simurq”la qarşılaşacaq. Bundan bir gün əvvəl isə klubların əvəzedici heyətləri görüşəcək. (klub saytı)
