7 sentyabr 2014 18:20
Araz Naxçıvan daha bir bəyanat yaydı
"Araz Naxçıvan" daha bir bəyanat yayıb. Azerisport.az xəbər verir ki, klub saytı vasitəsilə yayımlanan bəyanatda bunlar qeyd olunub:
"Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"la oyundan sonra baş verən hadisələr futbol ictimaiyyətində ajiotaja səbəb oldu. Məlum məsələdə əsas müzakirə obyekti hakimliklə bağlı idi. Bu qərarlarla bağlı "Araz-Naxçıvan" tərəfindən rəsmi mövqe bildirildi. Lakin sonradan sosial şəbəkələrdə klub adından bəzi yalnış məlumatlar yayıldı (klubu rəsmi səhifələrindən başqa). Bildirmək istəyirik ki, gedən məlumatlarla klubumuzun heç bir əlaqəsi yoxdu və klub buna görə məsuliyyət daşımır. Hər hansı rəsmi məlumat olarsa, klub bunu ictimaiyyətə öz saytı vasitəsilə çatdıracaq".
