6 sentyabr 2014 00:40
Millimizin yeni formaları 187 manata!
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığması AÇ-2016-da yeni formalarla oynayacaq. Azerisport.az xəbər verir ki, ötən gün "Park Bulvar"da açılış olan AFFA-nın Fan-şopunda millimizin yeni formaları ilk dəfə satışa çıxarıldı.
Bu formaları əldə etmək istəyən hər kəs həmin Fan-şopa yaxınlaşmaqla bu arzusunu gerçəkləşdirə bilər. Sadəcə, bu formalara görə, xeyli xərcə düşmək lazımdı.
Məsələ burasındadı ki, hər bir dəst formanın ümumi qiyməti 187 AZN-di. Futbolka 99 manata, şort 69 manata, getrlər isə 19 manatadı.
