6 sentyabr 2014 12:30
Əfran İsmayılov: Millinin Bolqarıstana qalib gələcəyinə inanıram
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyunla bağlı gözləntilərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öz meydanımızda oynayırıqsa, qələbə qazanmağa borcluyuq. Çünki Bolqarıstanla oyundan sonra bizi çətin Xorvatiya və İtaliya səfərləri gözləyir. Belə çətin oyunlar öncəsi 3 xal qazanmalıyıq ki, onlarla da ən azından heç-heçəyə ümid edək. Qarşıdakı oyunda qələbə qazanacağımıza inanıram".
