6 sentyabr 2014 12:00
Bolqarıstanın Azərbaycanla oyun üçün kapitanı bəlli oldu
Futbol üzrə Bolqarıstan yığmasının əsas kapitanı İvelin Popovun zədələndiyini və AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı oyunda iştirak edə bilməyəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bolqarlar artıq ona əvəzləyici tapıblar.
Belə ki, bu komandanı Bakıdakı oyunda meydana kapitan kimi müdafiəçi Nikolay Badurov çıxaracaq.
