6 sentyabr 2014 11:25
Yılmaz Vural: Azərbaycana getməməyimdə alman lobbisi öz sözünü dedi
Türkiyəli futbol mütəxəssisi Yılmaz Vural bəyan edib ki, o, Azərbaycan yığmasının baş məşqçisi təyin olunmağa çox yaxın imiş. Azerisport.az xəbər verir ki, o, bununla bağlı açıqlamasında aşağıdakı fikirləri səsləndirib:
"Artıq Azərbaycan tərəfi ilə danışmışdım. Bu ölkənin yığma komandasına rəhbərlik etməli idim. Amma alman lobbisi öz sözünü dedi və baş məşqçini (Berti Foqtsu nəzərdə tutur - red.) postunda saxladılar".
