6 sentyabr 2014 00:25
İnterdən 7 cavabsız qol
"İnter" Premyer Liqada yaranmış fasilədən istifadə edərək ötən gün yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, əvəzedici heyətlə qarşılaşan "bankirlər" ikinci komandanın qapısından 7 cavabsız top keçirib.
Xatırladaq ki, bu gün "İnter" daha bir yoxlama matçına çıxacaq. "Sumqayıt"la nəzərdə tutulan qarşılaşma "Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutacaq. Oyun saat 18.00-da başlayacaq.
