6 sentyabr 2014 11:05
Manolyev: Biz Rusiyadan zəif deyilik, Azərbaycana qalib gələcəyik
Futbol üzrə Bolqarıstan yığmasının müdafiəçisi Stanislav Manolyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sentyabrın 9-da keçiriləcək qarşılaşma ərəfəsində bunları söyləyib:
"Bilirəm ki, Qranat, İonov və Kokorin Azərbaycan yığmasına qarşı son yoxlama görüşündə oynayıb. Əminəm ki, bizim komanda da Rusiya millisindən zəif deyil və Azərbaycan yığmasına qalib gələcəyimizə ümidliyəm".
