6 sentyabr 2014 21:00
AFFA prezidenti milli komanda ilə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, Abdullayev sentyabrın 9-da AÇ-2016-nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə AÇ-2016-nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadı. (AFFA)
