6 sentyabr 2014 14:25

Ramaldanov: Bolqarların özlərinə çox güvənmələri bizim xeyrimizədi

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- Berti Foqtsun haqqınızda dediyi fikirlərdən xəbəriniz var?
- Son oyunlarda pis təsir bağışladığım haqda dediklərini nəzərdə tutursuz?

- Bəli.
- Bunu normal qəbul etdim. Baş məşqçidi, gördüyünü deməlidi. Futbol komanda oyunudu. Əgər komandanın oyunu aınmırsa, bir futbolçunun yaxşı təsir bağışlaması da mümkün deyil.

- "Simurq"da çıxış edərkən daha yaxşı oynayırdız, nəinki "Xəzər Lənkəran"da. O dövrlə müqayisədə nə dəyişib ki?
- Xüsusi heç nə. Ola bilsin ki, Zaqatalada uzun müddət oynadığım üçün mənə daha asan idi. Lənkəranda da problem yoxdu. Amma uğursuz oyunlarımız olur. Hər bir futbolçuda eniş dövrü olur. Bütövlükdə isə "Xəzər Lənkəran"da uğursuz çıxış etdiyimi düşünmürəm.

- Düşünmürsüz ki, Foqtsun bu sözlərindən sonra millidə ehtiyatda qalasız...
- Burada ciddi bir şey yoxdu. Qoy kim güclüdüsə, o da oynasın. Əsas komandamızın qələbə qazanmasıdı. Hədəfimiz AÇ-2016-nın seçmə mərhələsini qrup üçüncüsü kimi bitirməkdi və hamımız bunun üçün çalışırıq.

- Özbəkistan və Rusiya ilə uğursuz oyunlardan sonra futbolçular özləri qrup üçüncülüyünə inanır?
- Əlbəttə, inanırıq. Yoxlama oyunları göstərici sayılmamalıdı. Seçmə mərhələdə elə oynayamayacağıq. Böyük məsuliyyət daşıdığımızı bilirik. Mən də hesab edirəm ki, Azərbaycan qrup üçüncüsü ola bilər.

- Bolqarıstan yığmasının oyunçuları çox iddialı açıqlamalar verirlər...
- Onların özlərinə belə çox güvənmələri bizim xeyrimizədi. Qoy onlar öz bildiklərini danışsınlar, biz isə öz işimizi görək.

- Sentyabrın 9-da nə olacaq?
- Əls döyüş olacaq. Tsiklin ilk oyunudu. Necə başlayacağıqsa, elə də davam edəcəyik. Ona görə də Bolqarıstana qalib gəlməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.