6 sentyabr 2014 01:00
Elmar Baxşiyev: Yığmamızın Bolqarıstana qalib gəlməsi real görünür
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev millimizin Rusiyaya qarşı keçirdiyi yoxlama oyunundan danışıb, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Bolqarıstanla görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Heyətdə yeni simalar vardı. Amma Bolqarıstanla tam fərqli oyun olacağını düşünürəm. Hər şeyin Moskvadakı kimi olacağını düşünmürəm. Yığmamız doğma meydanda daha yaxşı oyun sərgiləyəcək. Həm də bu oyun yoxlama görüşü yox, rəsmi qarşılaşmadı. Mənə elə gəlir ki, millimizin qələbə qazanması realdı".
