6 sentyabr 2014 13:00
Qarabağın rəqibi qanalı futboçudan imtina etdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" futbolçusu Samuel İnkumu klubdan göndərib. Azerisport.az xəbər verir ki, Ukrayna təmsilçisi 25 yaşlı müdafiəçi ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Qana millisinin də üzvü olan İnkum 2011-ci ildə İsveçrə "Bazel"indən "Dnepr"ə 6 milyon avroya keçmişdi.
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
