5 sentyabr 2014 12:30
Yığmamızın rəqibindən gizli oyun
Futbol üzrə Bolqarıstan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində rəqibimiz olan bu komanda yerli "Marek" klubu ilə qarşılaşıb.
Lakin bu oyun tamamilə gizli saxlanılır. Belə ki, nə bu oyunda komandaların hansl heyətlə oynadığı məlumdu, nə də nəticə. Görünür, bununla baş məşqçi Lyuboslav Penev Azərbaycanla oyun öncəsi öz sirrlərini açmamağa qərar verib.
Qeyd edək ki, bolqarlar sentyabrın 9-da "Bakcell Arena"da millimizin qonağı olacaqlar.
