5 sentyabr 2014 00:05
Alfred Sanko: Neftçiyə qarşı oynamaq və qələbə qazanmaq istəyirəm
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Alfred Sanko Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz son turda "İnter"ə ona görə qalib gəldik ki, onlardan daha yaxşı oynadıq. Oyuna böyük istəklə çıxmışdıq. Artıq mövsümün ilk qələbəsini qazanmaq vaxtı idi. Baxmayaraq ki, rəqibin necə güclü heyətə malik olduğundan xəbərdar idik. Ümid edirəm ki, bu qələbə ilə bütün problemlərimizi arxada qoya biləcəyik. "İnter" üzərindəki qələbə bizə növbəti turun "Neftçi" ilə matçında da kömək edəcək. Bilirəm ki, hamı bu oyunu böyük səbrsizliklə gözləyir. "Neftçi"yə qarşı oynamaq və qələbə qazanmaq istəyirəm".
