5 sentyabr 2014 11:56
Bolqarlar Bakıya oyundan bir gün öncə gələcəklər
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşacaq Bolqarıstanın Bakıya səfər proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gündən etibarən Lyuboslav Penevin yetirmələri gündə iki dəfə olmaqla məşqlərə başlayacaqlar.
Oyundan bir gün öncə, sentyabrın 8-də isə bolqarlar Sofiya aeroportundan çarter reysi ilə Bakıya yollanacaqlar. Elə həmin gün matçın keçiriləcəyi "Bakcell Arena"da son məşqə çıxacaq rəqib komanda oyun saatını gözləməyə başlayacaq.
