5 sentyabr 2014 11:34
Millimiz Bolqarıstanla oyun öncəsi mətbuatla görüşəcək
Sentyabrın 8-də, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və bir neçə futbolçumuzun mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir saat 12:30-da, “Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında baş tutacaq.
Saat 11:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək. (AFFA)
