5 sentyabr 2014 11:23

Böyükağa Hacıyev: Arif Əsədovdan aldığım komandanı yenə ona təhvil verdim

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində istefasından, "Partizan"la oyundan, Arif Əsədovun təyinatından danışıb.

- İstefanıza səbəb nə oldu?
- Düzünü deyim ki, çox yorulmuşam. Fasilələrlə 3 ilə yaxındı "Neftçi"də işlədim. Uğurlarımız oldu, uğursuzluqlar da yan keçmədi. Komandayla Avroliqanın qrupunda oynadıq, Azərbaycan çempionatını, kubokunu və Superkubokunu qazandıq. Bir dəfə pley-offda dayandıq. İstirahətə ehtiyacım var. Fikrimcə, komandanı yaxşı vəziyyətdə təhvil verdim. Yorulduğum üçün klub prezidenti Sadıq Sadıqova istefa ərizəmi verdim, sağ olsun, o da qəbul etdi.

- Komandanı bundan sonra Arif Əsədov çalışdıracaq. Bundan xəbəriniz var?
- Arif Əsədova uğur arzulayıram. İnanıram ki, "Neftçi" onun rəhbərliyi altında zirvəyə yüksələcək. Arif eləyə bilmədiyimi reallaşdıracaq. Mən "Neftçi"yə gələndə komandanı Arif Əsədovdan almışdım. İndi də ona təhvil verdim. Komandamız çempionata yaxşı başladı. 1 oyunumuz ehtiyatda qalır. Məncə, mükafatlar uğrunda, qızıl medallar naminə yarışmağa imkan var.

- "Neftçi"yə nə vaxtsa qayıdışınız mümkündü?
- Gələcəkdə nə olacağını heç kim bilmir. 1 ay sonra nə baş verəcək, heç kim bilmir. İndiki halda "Neftçi"dən ayrılmışam. O vaxt  klub prezidentinin müşaviri çalışırdım. Amma indi komandayla məni heç nə bağlamır. Bu illər ərzində daim komandanın yanında olan klub prezidenti Sadıq Sadıqova, klubun bütün əməkdaşlarına, o cümlədən azarkeşlərə minnətdaram. Qazandığım uğurlar "Neftçi" ilə bağlıdı.

- Avroliqanın pley-off mərhələsində dayanmasaydız, istefa verərdiz?
- Artıq biz Avropa Liqasını tərk etmişik. Qismət belə imiş. Komanda ikinci dəfə qrupa düşməyə çox yaxın idi. "Partizan"la oyuna yaxşı başladıq. Vobayın qolundan sonra ikinci qolumuzu gözlədik. Lakin alınmadı. Bəlkə də Kanales fürsəti dəyərləndirsəydi, başqa cür olardı. İstənilən halda komandanın "Koper" və "Çixura" ilə səfər oyunlarını yüksək qiymətləndirirəm. Vurmayana vurarlar prinsipi özünü doğrultdu.

- Əksəriyyət futbolçuların fiziki hazırlıqdan əziyyət çəkdiyini deyir...
- "Koper" və "Çixura" ilə matçlarda komanda əzmkar mübarizə sərgilədi. Fiziki hazırlıqla bağlı problem olmadı. "Partizan"la oyuna gəlincə, biz məsələni orada həll etməliydik. İki avtoqol vuranda artıq rəqibə kömək etdik. Amma bu, futboldu, nə etmək olar. "Partizan"a özümüz kömək etdik.

- Sizcə, Kanales əvvəlki Kanales ola biləcək?
- Ən geci 1 aya əvvəlki Kanalesi görmək olacaq. Mən onun həvəsli olduğunu görürdüm. Bir qədər zaman lazımdı, sonra həmin Kanales olacaq.

- "Neftçi"dən sonra "Qarabağ" qrupa düşdü. Bu nəticəni gözləyirdiz?
- Hər bir klubumuz Avropa Azərbaycanı təmsil edir. Ağdam təmsilçisinin iştirakı siyası mənada da böyük uğurdu. Qurban Qurbanova görə çox sevindim. O, uzun müddətdi bunun üçün çalışırdı. Qrupda düşən hər iki klubun baş məşqçisi yerli mütəxəssisdi. Qrupda onlara uğur arzulayıram. Fikrimcə, 5-6 xal toplaya bilərlər, bəlkə daha yaxşı çıxış etdilər.

- Futbol üçün darıxacaqsız?
- Bir qədər dincəlmək istəyirəm. Yaxınlarıma, ailəmə vaxt ayırım. Sonra yenə təkliflərə açıq olacam. Münasib şərtlər olsa, işləməyin əleyhinə deyiləm. Gücüm var, yenə işləmək həvəsindəyəm. Sadəcə, istirahətdən sonra.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.