Böyükağa Hacıyev: Qurban Qurbanova, Qarabağa görə çox sevindim
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını şərh edib. Azerisport.az saytına açıqlamasında Hacıyev "Qarabağ"ın qrupda uğurlu çıxış edəcəyinə inandığını bildirib:
"Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanması bizi çox sevindirdi. İki klubumuzun pley-offda olması böyük uğur idi. "Neftçi" qrup mərhələsinin bir addımlığında dayandı. "Qarabağ" isə "Tvente" səddini keçməyi bacardı. Onların uğuru ürəyimcə oldu. Ən çox baş məşqçi Qurban Qurbanova görə sevindim. Bu komandanın Avropada oynaması siyasi mənada da böyük nailiyyətdi. Ölkəmizin tanınması yolunda böyük addımdı. Azərbaycanda iki klub qrupa adlayıb, hər ikisinin baş məşqçisi də yerli məşqçilərdi. Fikrimcə, Azərbaycan çempionu qrupda layiqli mübarizə aparacaq. 2 il əvvəl biz 3 xal topladıq. Hazırda Qurban Qurbanovun komandası qrupda 5-6 xal toplamaqla ilkə imza ata bilər. Onlara uğur diləyirəm".
