5 sentyabr 2014 11:01

"Zaqatalaya qələbə üçün gedəcəyik"

Topaz Premyer Liqasının ilk 4 turundan sonra milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə qısa istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Azerisport.az xəbər verir ki, komandanın gənc futbolçusu, klubun akademiyasının yetirməsi olan Elvin Camalov fasilə dövrü, ardınca keçiriləcək 5-ci turun “Simurq”la oyunu haqda fikirlərini klub saytına açıqlayıb:

“Fasilədən mümkün qədər yararlanıb, çıxışımızı tam hazır formada davam etdirəcəyik. “Simurq” yaxşı tanıdığımız bir komandadı. Yaranan fasilə Zaqatala klubu ilə matça yaxşı hazırlaşmaq üçün imkan verdi. Lazımınca hazırlaşıb səfər matçına qələbə üçün gedəcəyik”.

Camalov komandanın ilk 4 turdakı çıxışını da dəyərləndirib: “Fikrimcə, 4 turdan sonra nə isə söyləmək hələ tezdi. “Qəbələ” mövsümlərarası fasilədə heyətinə yeni oyunçular qatan komandadı. Bu üzdən də futbolçular arasında anlaşmanın, uyğunlaşmanın istənilən səviyyədə olması üçün müəyyən zamana ehtiyac var idi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bütün bunlar qaydasına düşəcək və qələbələri sıralayacağıq. Heyətin yeni qurulduğunu nəzərə alsaq, ilk 4 turdan sonra 6 xal toplamağımızı yaxşı nəticə kimi dəyərləndirmək olar. Növbəti turlarda “Qəbələ” potensialını tam ortaya qoya biləcək”.

Yalnız 4-cü turun AZAL-la ev oyununu buraxan Camalov ilk 3 turda sonradan meydana daxil olub. 19 yaşlı yarımmüdafiəçi bu matçlardakı çıxışına da toxunub: “Üç görüşdə meydana çıxdım. Öz oyunumdan razı qalmadım. Çünki bundan da yaxşısını bacara bilərdim. Bunun üçün də öz üzərimdə çox çalışmalı, növbəti oyunlarda verilən şanslardan maksimum yararlanmalıyam. Baş məşqçimiz şans versə, növbəti turlarda da meydanda olub, komandam üçün əlimdən gələni edəcəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.