5 sentyabr 2014 19:45
Millinin mətbuat üçün açıq məşqləri olacaq
AÇ-2016-nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstan yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışında olan Azərbaycan millisinin ilk 20 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq məşqləri olacaq. Azerisport.az həmin məşqlərin vaxtını diqqətinizə çatdırır:
7 sentyabr, saat 10:15
8 sentyabr, saat 10:30
Hər iki məşq İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
