5 sentyabr 2014 19:35
Yığmamız Moldovaya yenə qalib gəldi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, moldovalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4:0 hesabıyla qələbə qazanıb.
Qolları Roza Quliyeva, Manə Mollayeva (2 qol) və Merve Özdemir vurub.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş oyun da yığmamızın qələbəsi ilə başa çatmışdı - 5:2. (AFFA)
