5 sentyabr 2014 19:25
Bolqarıstan millisinə ağır zərbə: kapitan yığmamıza qarşı oynamayacaq
Futbol üzrə Bolqarıstan yığması AÇ-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın kapitanı İvelin Popov bu gün baş tutan səhər məşqi zamanı ağır zədələnib.
Hücumameylli yarımmüdafiəçi komanda yoldaşı ilə toqquşma nəticəsində üzləşdiyi zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. O, dərhal paytaxt Sofiyaya aparılıb. Zədəsinin ciddi olduğu bildirilən 26 yaşlı futbolçu Bakıdakı qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək.
