5 sentyabr 2014 17:25
Azərbaycan - Bolqarıstan matçı israilli hakimlərə tapşırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu oyuna İsraildən olan hakimləri təyin edib.
Qarşılaşmanın baş hakimi Alon Yefet olacaq. Baş hakimin köməkçiləri Danni Krasikovla David Elias Bittondu. Dördüncü hakim funksiyasını isə Nissan Davidi yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Liran Liani ilə Roy Reynşreyberdi.
Hakim-inspektor Krister Fallström (İsveç) təyin olunubsa, UEFA nümayəndəsi də Yevgeni Milevskidi (Latviya).
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
