5 sentyabr 2014 17:15

Zlatinov: Azərbaycanın Bolqarıstana qalib gələcəyinə şübhəm var

"İnter"in sabiq yarımmüdafiəçisi, hazırda "Liteks"də çıxış edən Petar Zlatinovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan və Bolqarıstan yığmaları arasında baş tutacaq AÇ-2016-nın seçmə mərhələ oyunundan nə gözləyirsiz?
- Ümid edirəm ki, Bolqarıstan qalib gələn tərəf olacaq. Azərbaycanın qalib gələcəyinə şübhəm var.

- Yığmamıza heç bir şans vermirsiz?
- Əlbəttə, Azərbaycanın da şansı var. Axı bu, futboldu. Məni yanlış anlamayın. Azərbaycanın da yaxşı komandası var. Komandanız xüsusilə ev oyunlarında yaxşı təsir bağışlayır.

- Yığmamızın üstünlüyü yalnız budu?
- Bəli, bu, böyük üstünlükdü. Matç Bakıda olacaq, buna görə ajiotajın böyük olması gözləniləndi. Azarkeşlər komandanızı sonadək dəstəkləməyə çalışacaq. Futbolçularınız da Rusiyaya son məğlubiyyəti unutdurmaq üçün əllərindən gələni edəcəklər.

- Bəs Bolqarıstanın əsas üstünlüyü nədədi?
- Yığmamızda yaxşı futbolçular var. Onların Avropanın yaxşı klublarında çıxış edirlər. Onların səviyyəsi qələbə qazanmağımıza kömək edəcək.

- Bolqarıstan Azərbaycanla oyuna ciddi yanaşır?
- Əlbəttə. Əgər hansısa rəqib koamndanıza qeyri-ciddi yanaşsa, onun böyük problemləri olacaq.

- Azərbaycan yığmasının qələbə qazanması sizin üçün sürpriz olacaq?
- Xeyr. Dediyim kimi, güclü komandanız var. Amma Bolqarıstanda da hamı bizim yığmadan qələbə gözləyir.

- Geniş futbolçu seçiminə malik Lyuboslav Penev Berti Foqtsu taktiki cəhətdən üstələyə biləcək?
- Matçı məşqçilər yox, futbolçular qazanırlar. Amma təbii ki, hər bir məşqçinin öz taktikası var. Yəqin ki, hər iki mütəxəssis öz gedişlərini edəcək. Hazırda yığmamızda yaxşı kollektiv formalaşıb. Lakin bu, Azərbaycan yığmasına ciddi yanaşmamağımıza əsas verə bilməz. Əks halda, problemimiz yaranacaq.

- Azərbaycan yığmasını da hazırda tarixinin ən güclüsü hesab edənlər var...
- Bundan xəbərim yoxdu. Yəqin ki, bu barədə komandamızın futbolçu və məşqçi heyətinin xəbəri var. İstənilən halda Azərbaycan yığması Rusiya ilə oyunda 0:4 hesabıyla uduzduğundan, Bolqarıstanın əlavə motivasiyası olacaq.

- Azərbaycanlı futbolçularla yaxşı tanışsız. Sizcə, onlardan hansı bolqarlara problem yarada bilər?
- Bunu deyə bilmərəm. Çünki meydana hansı futbolçuların çıxacağından xəbərsizəm.

- Proqnoz vermək istəmirsiz?
- Xeyr. Bu, çox çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.