5 sentyabr 2014 17:00
Portuqaliya Azərbaycan ilə oyuna kapitansız çıxmalı olacaq
Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Serjio Oliveyra Azərbaycan millisinə qarşı forma geyinə bilməyəcək. Azerisport.az xəbər verir ki, AÇ-2015-in seçmə mərhələsində sentyabrın 9-da F qrupunun son turunun oyunu çərçivəsində millimizi qəbul edəcək portuqaliyalıların aparıcı futbolçusu baş məçqçiyə lazım olmayıb.
Belə ki, artıq AÇ-nin final mərhələsinə vəsiqə qazanmış Portuqaliya yığmasının məşqçilər korpusu bu dəfə komandaya daha çox yeni futbolçuları cəlb etməyə qərar veriblər. Bu üzdən Serjio Oliveyra da millidən kənar qalıb.
