5 sentyabr 2014 16:30
Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın satışı təşkil olunacaq
Bu gün saat 18:00-da Park Bulvar Alış-Veriş Mərkəzində Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan milli komandasının "Fan Shop"unun acılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, açılış mərasimində, həmçinin, üzərində Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunacaq. (AFFA)
